— Haqqımızda

Komanda

Aygün Rəşidova

Aygün Rəşidova

Direktor/Təsisçi

Aygün Rəşidova jurnalist və mədəniyyət sahəsində çalışan layihə rəhbəridir. “SevilFest”in təsisçisi olaraq artıq bir neçə ildir ki, bu sahədə yeni nəsil film yaradıcılarını dəstəkləyir. Jurnalistika üzrə bakalavr və magistr təhsili almış Aygün, 7 ildən çoxdur beynəlxalq media layihələrində çalışır. Onun əsas maraqları arasında sənədli kino, qadın hekayələri və sosial mövzular yer alır. Hazırda layihə menecmenti və kino sahəsində özünü inkişaf etdirməklə məşğuldur.

Nəzrin Əsgərova

Nəzrin Əsgərova

Festival meneceri

Nəzrin Əsgərova 2022-ci ildən “SevilFest” komandasına qoşulub və hazırda festivalın inkişafı və ictimaiyyətlə əlaqələrinin qurulmasında mühüm rol oynayan Festival meneceri vəzifəsində çalışır. Marketinq idarəçiliyi və reklam sahəsində ixtisaslaşaraq, həm yerli, həm də beynəlxalq reklam agentliklərində layihə meneceri kimi peşəkar təcrübəyə malikdir. Korporativ sektordakı fəaliyyətindən əlavə, vətəndaş cəmiyyəti təşəbbüslərində də fəal iştirak edir. SevilFest vasitəsilə gender bərabərliyinin təşviqinə, cəmiyyətdə kənarda qalan səslərin eşidilməsinə və sosial məsələlər ətrafında tənqidi müzakirələr üçün platformaların yaradılmasına töhfə verir.

Durna Səfərova

Durna Səfərova

Beynəlxalq əlaqələr üzrə menecer

Durna Səfərova “SevilFest”in beynəlxalq əlaqələrini koordinasiya edir və eyni zamanda “Festivallardan Seçmələr” (Best of Fests) adlı xüsusi proqramın kuratorudur. Səfərova uzun müddətdir media və film sahəsində fəaliyyət göstərir. Tələbəlik illərindən jurnalist kimi fəaliyyətə başlayan Durnanın məqalə və araşdırmaları müxtəlif yerli və beynəlxalq mətbuat qurumlarında dərc olunub. O, sonradan fəaliyyət sahəsini film istehsalı, kinoprokat və film kurasiyası sahələrinə də genişləndirib, çoxsaylı qısametrajlı filmin ərsəyə gəlməsində iştirak edib və sənədli kino üzrə dünyanın aparıcı satış agentlikləri ilə əməkdaşlıq edib. Prodüseri olduğu filmlər Annecy, Ji.hlava, Visions du Réel və Sarayevo kimi nüfuzlu beynəlxalq festivallarda nümayiş olunub. Durna Səfərova Çivininq təqaüdçüsü olaraq, London Universitet Kollecində Kino Tədqiqatları və İstanbul Bilgi Universitetində Kino və Televiziya üzrə magistr təhsili alıb. O, Talents Sarajevo, Ji.hlava Academy və East-West Talent Lab kimi nüfuzlu proqramların iştirakçısıdır.

Vadil Sadıqov

Vadil Sadıqov

Məkanlar üzrə menecer

Vadil "SevilFest" komandasına 2023-cü ildən “Məkanlar üzrə koordinator” olaraq qoşulub. O, 10 ilə yaxındır qonaqlama sahəsində çalışır. Bu sahə üzrə Azərbaycan, Türkiyə və Monteneqro daxil müxtəlif ölkələrdə fəaliyyət göstərib. Bakıda W-space, Le Château Bar, Perron adlı məkanlara iş ortaqlığı edib. Son 5 ildir ki, Bakıda Fairmont Hotelin nəznindəki bar və restoran menyularının hazırlanmasında iştirak edir.

Zivər Əlizadə

Zivər Əlizadə

Tədbir Meneceri

SevilFest-ə 2025-ci ildə tədbir meneceri kimi qoşulmuşam. Festival çərçivəsində tədbirlərin planlaşdırılması, koordinasiyası və təşkilati proseslərin idarə olunması üzrə fəaliyyət göstərirəm. SevilFest mənim üçün sadəcə bir festival deyil. Burada fərqli hekayələr, insanlar və ideyalar bir araya gəlir və dəyər yaradır. SevilFest həm öyrəndiyim, həm də özümü komandanın vacib bir hissəsi kimi hiss etdiyim bir məkandır. Festivaldan kənarda sosial-iqtisadi inkişaf layihələrinin yazılması, monitorinqi və qiymətləndirilməsi üzrə çalışıram. Azərbaycanda monitorinq və qiymətləndirmənin səmərəli istifadəsi və inkişafı məqsədilə yaradılan Azerbaijan Evaluation Initiative təşəbbüsünün həmtəsisçisiyəm. İşdən kənarda isə təbiəti və musiqi festivallarını çox sevirəm. Evdə yeddi pişiyim var və onlar bir-biriləri ilə yaxşı yola gedirlər.

Hüseyn Yunisov

Hüseyn Yunisov

Texniki koordinator

Mən Hüseyn Yunisov. SevilFest-ə 2025-ci ildə Texniki Koordinator kimi qoşulmuşam və festivalın texniki işlərinin koordinasiyası ilə məşğul oluram. Mənim üçün SevilFest fərqli insanları, ideyaları və icmaları bir araya gətirən, öyrənmək və paylaşmaq üçün unikal bir atmosferdir. Burada olmaq mənə komanda işi, sürətli qərarvermə və böyük tədbirlərin pərdəarxası proseslərini idarə etmək sahəsində dəyərli təcrübə qazandırıb, eyni zamanda maraqlı və ilhamverici insanlarla tanış olmaq imkanı verib. Festivaldan kənarda kitab kafesində çalışır, eyni zamanda ekoloji maarifləndirmə layihələrində fəaliyyət göstərirəm. Boş vaxtım o qədər də olmur, amma olanda mənə bir az tənhalıq və sakitlik kifayət edir. Bununla yanaşı, ekoaktivizm və ətraf mühit mövzularında araşdırmalar aparmağı sevirəm. Hər kəsin izləməli olduğunu düşündüyüm film Federico Fellini-nin "Orchestra Rehearsal"(1978) filmidir. Məncə, bu film fərd, kollektiv və xaos arasındakı münasibəti çox fərqli və düşündürücü şəkildə göstərir. İnsanları müşahidə etməyi sevirəm. Mənim üçün bu, onları mühakimə etməkdən daha çox, davranışlarını və niyyətlərini anlamaq, müxtəlif vəziyyətlərdə necə reaksiya verdiklərini görmək üçündür. Eyni maraqla flora və faunanı da izləməyi sevirəm. Düşünürəm ki, diqqətlə müşahidə etmək həm insanları, həm də yaşadığımız dünyanı daha yaxşı anlamağa kömək edir.

Ədilə Ağayeva

Ədilə Ağayeva

Rəqəmsal kontent və İcma meneceri

Mən Ədilə Ağayeva, 2025-ci ildə “SevilFest”ə sosial media meneceri və kontent yaradıcısı kimi qoşulmuşam. Hazırda festivalın vebsaytı üçün məzmun hazırlayır və media işlərində iştirak edirəm. “SevilFest” mənim üçün həm öz səsimi tapdığım, həm də başqalarının hekayələrini eşitməyi və görünən etməyi öyrəndiyim bir məkandır. Festival mənə yalnız dəyərli dostlar və peşəkar həmkarlar qazandırmayıb, həm də istedadlı kino yaradıcıları ilə tanış olmaq və mənim üçün vacib olan dəyişimin bir parçasına çevrilmək imkanı verib. “SevilFest”dən kənarda media, fotoqrafiya, mədəni sənədləşdirmə və vətəndaş cəmiyyəti layihələri ilə məşğul oluram. Jurnalistika, film yaradıcılığı və mədəni təmsilçilik mövzularında beynəlxalq seminar və layihələrdə iştirak etmişəm. Hər kəsə tövsiyə etdiyim sənədli filmlərdən biri Şantal Akermanın “Evdən xəbərlər” filmidir. Mənim haqqımda maraqlı bir fakt isə budur ki, iki alman çoban itim və üç pişiyim var.“SevilFest” mənim üçün həm öz səsimi tapdığım, həm də başqalarının hekayələrini eşitməyi və görünən etməyi öyrəndiyim bir məkandır. Festival mənə yalnız dəyərli dostlar və peşəkar həmkarlar qazandırmayıb, həm də istedadlı kino yaradıcıları ilə tanış olmaq və mənim üçün vacib olan dəyişimin bir parçasına çevrilmək imkanı verib. “SevilFest”dən kənarda media, fotoqrafiya, mədəni sənədləşdirmə və vətəndaş cəmiyyəti layihələri ilə məşğul oluram. Jurnalistika, film yaradıcılığı və mədəni təmsilçilik mövzularında beynəlxalq seminar və layihələrdə iştirak etmişəm. Hər kəsə tövsiyə etdiyim sənədli filmlərdən biri Şantal Akermanın “Evdən xəbərlər” filmidir. Mənim haqqımda maraqlı bir fakt isə budur ki, iki alman çoban itim və üç pişiyim var.

Bəşir Qasımov

Bəşir Qasımov

Könüllü koordinatoru

Mən Bəşir, festivala 2024-cü ildə könüllülər üzrə koordinator kimi qoşulmuşam və hazırda da işimi davam etdirirəm. “SevilFest” mənim üçün cəmiyyətə töhfə verməyə çalışan insanların bir araya gəldiyi bir icmadır. Bu baxımdan deyə bilərəm ki, festivalın mənə qatdığı ən böyük dəyər burada tanıdığım insanlar və onların yaradıcı fəaliyyətləri olub. Festivaldan kənarda mən daha çox innovasiya və sahibkarlıq sahəsində, daha dəqiq desək, bu işin təhsil tərəfində fəaliyyət göstərirəm. Deyə bilərəm ki, həm “SevilFest”dən kənarda, həm də festivalda davamlı olaraq gənclərlə işləyirəm və onların inkişafına töhfə verməyə çalışıram. Səyahəti, futbol izləməyi və masaüstü tennis oynamağı sevirəm.

Aytac Hüseynli

Aytac Hüseynli

Qonaqlar üzrə koordinator

Mən Aytac, SevilFest-ə 2025-ci ildə qonaqlar üzrə koordinator kimi qoşulmuşam. SevilFest mənim üçün işıqlı, yaradıcı və dəyişiklik yaratmağa çalışan insanların bir araya gəldiyi, qəşəng və faydalı söhbətlərlə dolu xüsusi bir məkandır. İstənilən iş prosesində mənim üçün ən vacib məqamlardan biri onun sonda real dəyər yarada bilməsidir. SevilFest-də olmaq isə mənə yalnız bir işin parçası olduğumu deyil, eyni zamanda icmada dəyər yaratdığımı hiss etdirir. Festivaldan kənar əsasən akademik fəaliyyətlə məşğulam. Sosial elmlər sahəsində araşdırmalar edir və universitetdə fəaliyyət göstərirəm. Müxtəlif icma yönümlü sosial layihələrin həm həmtəsisçisi, həm də iştirakçısı kimi fəaliyyət göstərmişəm. İzləməyən hər kəsə “Tangerines” (2013) filmini izləməyi tövsiyə edirəm. Müxtəlif yerləri gəzməyi və oradakı insan hekayələrini dinləməyi sevirəm.

Gülyaz Hümmətzadə

Gülyaz Hümmətzadə

Şəki şəhəri üzrə koordinator

Sevilfest mənim üçün sadəcə bir festival deyil, dəyişimin, həmrəyliyin və inkişafın platformasıdır. Mən 2023-cü ildən etibarən festivalın bir parçasıyam və Şəki üzrə koordinator kimi fəaliyyət göstərirəm. Bu müddətdə müxtəlif sahibkar qadınlarla tanış olmuş, onların fəaliyyətlərini tanıtmağa və dəstəkləməyə çalışmışıq. Festivalın ən vacib tərəflərindən biri maarifləndirmə missiyasıdır. Filmləri yalnız region mərkəzlərində deyil, kəndlərdə də nümayiş etdirərək daha geniş auditoriyaya çatdırır, gender bərabərliyi və sosial məsələlər ətrafında düşüncə mühiti yaradırıq. Mən eyni zamanda müəllim kimi fəaliyyət göstərirəm və gənclərlə işləməyi sevirəm. Sevilfest bu baxımdan mənə öz bilik və təcrübəmi paylaşmaq, yeni insanlarla tanış olmaq və cəmiyyətə fayda vermək imkanı yaradır. Sevilfest mənə göstərib ki, bəzən bir film, bir söhbət və ya bir görüş insanların düşüncəsində böyük dəyişikliklər yarada bilər. Məhz buna görə bu festival mənim üçün xüsusi əhəmiyyət daşıyır. İşdən kənar vaxtlarımda idmanla məşğul olur, hiking yürüşlərinə qatılıram.

Həsən Bədəlov

Həsən Bədəlov

Lənkəran şəhəri üzrə koordinator

Mən Həsən, SevilFest-ə ilk dəfə 2022-ci ildə qoşulmuşam. 2023-cü ildən etibarən Lənkəran şəhəri üzrə koordinator kimi fəaliyyət göstərirəm. "SevilFest" mənim üçün icmayla birlikdə işləyərək sosial bir təsir yaratmağa çalışdığım doğma bir məkandır. Məni anlayan, öz fikirlərimi rahatca bölüşə bildiyim insanlarla tanışdım. Film sahəsinə marağım olduğu üçün çoxlu rejissorlarla kontaktda olaraq təcrübə qazandım, bunu öz həvəskar işlərimə tətbiq etdim. Gələn qonaqların hekayələrini dinləyərək, reallıqla daha yaxından tanış oldum. Birlikdə həll yolları tapmağa çalışdıq. Yeni media sahəsi üzrə magistr təhsili alıram. Lənkəranda fəaliyyət göstərmiş “obiriotaq” layihəsinin kordinatoru kimi bir çox sosial və mədəni tədbir, təlim və layihənin həyata keçirilməsi üçün çalışmışam. Ədəbiyyatla maraqlanıram. Hekayə və şeir yazıram.

Aytən Yaqubova

Aytən Yaqubova

Lənkəran şəhəri üzrə koordinator

SevilFest 2025-ə Lənkəran şəhəri üzrə koordinator kimi qoşulmuşam. Mənim əsas vəzifəm festivalın Lənkəranda uğurla keçirilməsi üçün təşkilati işləri koordinasiya etmək, iştirakçıları bir araya gətirmək və festivalın şəhərimizdə baş tutmasına töhfə verməkdir. SevilFest mənim üçün qadınların səsinin eşidildiyi, təcrübələrin bölüşüldüyü və həmrəyliyin gücləndiyi xüsusi bir məkandır. SevilFest mənə Azərbaycana köçdükdən sonra çox ehtiyac duyduğum şeyləri qazandırdı: ictimai əhəmiyyət daşıyan faydalı fəaliyyətlə məşğul olmaq imkanı, yeni insanlarla tanışlıq, qadınların üzləşdiyi problemləri müzakirə etmək və maarifləndirmə işində iştirak etmək fürsəti. Festivaldan kənarda Nadjima adlı xeyriyyə fonduna rəhbərlik edirəm. Fondumuz Azərbaycanın kəndlərində yaşayan qızların təhsil almasına dəstək olur və onların gələcək imkanlarını genişləndirmək üçün çalışır. Hər kəsin izləməli olduğunu düşündüyüm film: Pride by Matthew Warchus. Mənim haqqımda maraqlı bir fakt isə budur ki, ailəmlə birlikdə Osaküçə kəndində yaşayıram. Kiçik fermamız var: 3 quzu, toyuqlarımız, 2 pişiyimiz, bir hamsterimiz və itimiz var.

Teybə Səfərova

Teybə Səfərova

Sosial media strateqi

Mən Teybə (5 hərf, “i”siz) Səfərova. “SevilFest” komandasına 2026-cı ildən Sosial media strateqi kimi qoşulmuşam. “SevilFest” mənim üçün ifadə olunmayacaq dərəcədə dəyərli layihədir. Məni bura ilk dəfə bir dostum “ödənişsiz film nümayişləri var” deyərək dəvət etmişdi. Sevil-də izlədiyim ilk film “Honeyland” olmuşdu. Həm filmi, həm də festivaldakı ab-havanı gördükdən sonra Sevil-in “ödənişsiz film nümayişi”ndən qat-qat artığı olduğunu dərhal başa düşmüşdüm. Hər il “SevilFest”i uzaqdan gələn bir dostumu gözləyirmiş kimi sevgi və həyəcanla gözləyirəm. “SevilFest” mənə hələ də gözəl şeylərin mümkün olduğuna dair inam qazandırıb və çox istərdim ki, bu inamın şəfəqi uzun illər parlamağa davam etsin. Peşəkar fəaliyyətim marketinq sahəsi ilə bağlıdır. Qələmimdən çıxan reklam ssenariləri və sosial media layihələrinin sayı kifayət qədərdir. Sənədli film sevənlərin filmləri məhz “SevilFest” ab-havasında izləməsini arzu edirəm. Əgər hələ izləməyiblərsə, “Seven Winters in Tehran” filminə mütləq baxsınlar. Evimdə heyvanım olmasa da, yaşadığım yerdəki bütün pişik və itlər yolumu kəsib məni “bu gün yeməyə nə gətirmisən?” baxışı ilə qarşılayır.

Bahar Zeynallı

Bahar Zeynallı

Kreativ tədbir meneceri

SevilFest-lə tanışlığım bir tamaşaçı kimi başladı. Burada izlədiyim ilk film Mənim adım Mutludur oldu. Daha sonra komandaya aparıcı və moderator kimi qoşuldum, lakin çox keçmədən anladım ki, festivalın yaradıcı tərəfinə daha dərindən töhfə vermək istəyirəm. Bu gün SevilFest-də Kreativ tədbirlər meneceri kimi çalışır, festivalı kino proqramından kənara çıxaran yaradıcı tədbirlər və tərəfdaşlıqlar üzərində işləyirəm. SevilFest mənim üçün özümü ifadə edə bildiyim, eyni dəyərləri paylaşan insanlarla bir araya gəldiyim bir məkandır. Burada öyrəndim ki, festival sadəcə tədbirlər silsiləsi deyil, insanları bir araya gətirən və bir-birinə bağlayan canlı bir icmadır. Festivaldan kənarda beynəlxalq incəsənət qalereyasında satış və marketinq Meneceri kimi çalışıram. Peşəkar fəaliyyətim boyunca brend və marketinq kommunikasiyaları, mədəni layihələr və festival təşkilatçılığı sahələrində çalışmış, incəsənət, kommunikasiya və auditoriya ilə işi bir araya gətirmişəm. Hər kəsin izləməli olduğunu düşündüyüm film Feminists: What Were They Thinking? sənədli filmidir. Haqqımda maraqlı bir fakt isə budur ki, bir dəfə Azərbaycandakı təbiət qoruqlarından biri haqqında sənədli film çəkmişəm. Həmin film Copenhagen Architecture Forum-un (CAFx) “Leave No One Behind” təşəbbüsü çərçivəsində “Ən yaxşı qısametrajlı film” nominasiyası üzrə seçmə siyahıya düşüb.

Qüdrət Qurban

Qüdrət Qurban

Tiktok content manager

Mən Qüdrət Qurban. SevilFest ailəsinə 2026-cı ildə TikTok kontent meneceri kimi qoşulmuşam, amma illərdir bu festivalın sadiq və daimi izləyicisiyəm. ADMİU-nun Dram və kino aktyorluğu fakültəsini bitirmişəm, ona görə də bir aktyor kimi bu festivalın yaradıcı atmosferində olmaq mənim üçün çox dəyərlidir. SevilFest mənim üçün insanların hekayələrini rəqəmsal trendlərlə birləşdirib səmimi bir "vibe" yaratmaq üçün ideal mühitdir. İnsanları bir araya gətirməyin gücünə hər zaman inanmışam. Sağlam birlik olan yerdə hər zaman gözəl nəticə olur. Bu festival mənə yaradıcılığımı rəqəmsal vizuallarla birləşdirməyi və sənətin insanları necə böyük bir icmaya çevirdiyini daha dərindən görmək imkanı qazandırdı. Festivaldan kənarda peşəkar fəaliyyətimi bir reklam agentliyində Content Team Lead olaraq davam etdirir, böyük layihələri idarə edir və planlayıram. Daha sonra isə məzuniyyət götürüb yeni yerlər kəşf etmək üçün səyahətlərə çıxıram. Əgər məndən hər kəsin mütləq izləməli olduğu bir film soruşsanız, tərəddüd etmədən rənglərin və hisslərin ustası olan sevimli rejissorum Pedro Almodovar-ın istənilən filmini deyərdim. Mənim haqqımda maraqlı fakt isə More&More icmasının yaradıcısı olmağımdır. Hər kəsi qaçışa, hikinqə və kempinqlərə məcburda olsa aparmağı çox sevirəm! Bir də, əlbəttə ki, dünyalar şirini Luna adında bir itim var.

Təbib Həsənzadə

Təbib Həsənzadə

Texniki koordinator

Mən Təbib Həsənzadə, 2026-cı ildə "SevilFest"-ə texniki koordinator olaraq qoşulmuşam. "Sevilfest" hər il mənim üçün yeni filmlər, yeni insanlar, yeni təcrübələr və baxış bucaqları gətirir, hər il də səbirsizliklə onları gözləyirəm. "Sevilfest"-dən kənarda musiqi və proqramlaşdırma ilə məşğulam. Hər kəsin izləməli olduğunu düşündüyüm sənədli film Füruğ Fərruxzadın "Ev qaradır" qısa filmidir.