Mən Bəşir, festivala 2024-cü ildə könüllülər üzrə koordinator kimi qoşulmuşam və hazırda da işimi davam etdirirəm. “SevilFest” mənim üçün cəmiyyətə töhfə verməyə çalışan insanların bir araya gəldiyi bir icmadır. Bu baxımdan deyə bilərəm ki, festivalın mənə qatdığı ən böyük dəyər burada tanıdığım insanlar və onların yaradıcı fəaliyyətləri olub. Festivaldan kənarda mən daha çox innovasiya və sahibkarlıq sahəsində, daha dəqiq desək, bu işin təhsil tərəfində fəaliyyət göstərirəm. Deyə bilərəm ki, həm “SevilFest”dən kənarda, həm də festivalda davamlı olaraq gənclərlə işləyirəm və onların inkişafına töhfə verməyə çalışıram. Səyahəti, futbol izləməyi və masaüstü tennis oynamağı sevirəm.