— Festival
Qonaqlar
Katya Drinqenberq
2026
Katya Drinqenberq Almaniya kino sənayesində 30 ildən çox təcrübəyə sahib montajçı, dramaturq və rejissordur.
Katya Tom Tıkverin ilk filmlərinin montajçısı, Milo Rau və Andres Fayelin uzunmüddətli əməkdaşıdır.
“Ölümcül Mariya” (Deadly Maria) və “Black Box BRD” filmlərinə görə iki dəfə Alman Kamera Mükafatına layiq görülüb. 2019-cu ildə isə Amerika Kino Akademiyasının sənədli film bölməsinə dəvət alıb.
Filmoqrafiyasına “Beltracchi: Saxtakarlıq sənəti”, “Kaliqaridən Hitlerə”, “Yeni İncil”, “Qızlar bandası”, “Konqo Tribunalı” və bir çox başqa sənədli və bədii filmlər daxildir.
Katya bu il "SevilFest”də baş tutacaq DokAtelye: Montaj proqramında mentorluq edəcək, eləcə də ustad dərsində sənədli filmlərdə montajın rolu, dramaturgiya və etik qərarlar ilə bağlı təcrübəsini bizimlə paylaşacaq.
Samirə Kidman
2026
Samirə Kidman Bakı və Mumbay arasında fəaliyyət göstərən montaj rejissorudur. O, Hindistanın nüfuzlu Film və Televiziya İnstitutunda (FTII) film montajı üzrə təhsil alıb, həmçinin Praqadakı FAMU-da mübadilə proqramında iştirak edib. Samirə bu il "SevilFest”də baş tutacaq DokAtelye: Montaj proqramında mentorluq edəcək.
Hazırda gənc kino mütəxəssisləri və filmmeykerlər üçün konsultasiyalar keçir və mentorluq edir.