— Proqram haqqında

Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı ("SevilFest") 2020-ci ildən fəaliyyət göstərən, ölkədə gender mövzularına fokuslanan kinofestivaldır. Əgər siz də gender məsələlərinə laqeyd yanaşmırsınızsa və bu işdə komandamıza dəstək olmaq, ölkədə baş tutacaq faydalı və eyni zamanda əyləncəli beynəlxalq tədbirin bir parçası olmaq istəyirsinizsə, müraciətinizi səbrsizliklə gözləyirik!

— FAQ

Fəaliyyət istiqamətləri

"SevilFest"ə hansı işlərdə könüllü olaraq kömək edə bilərsiniz?

Digər

06 sual

01 Kommunikasiya könüllüsü

Festivala gələn izləyiciləri qarşılayacaq və onlarla əsas ünsiyyətdə olacaq könüllülər.

02 Qonaq könüllüsü

Festivalın rəsmi qonaqları ilə işləyəcək könüllülər

03 Logistika könüllüsü

Festivalın texniki işlərində, məkanın hazırlanmasında və digər logistik məsələlərdə çalışacaq könüllülər

04 Sosial media könüllüsü

Festival boyunca sosial media hesabları üçün kontentə dəstək olacaq könüllülər

05 Satış və PR könüllüsü

Festivalın məhsullarının satışı və ümumi olaraq PR-a dəstək olacaq könüllülər

06 Nümayiş könüllüsü

Nümayişlərdən əvvəl və nümayiş sonrası müzakirələr zamanı moderatorlarla işləyəcək könüllülər

— Müraciət edin

Komandamıza qoşul.

Festival haqqında əlavə məlumat əldə etmək istəyənlər bizimlə sosial media səhifələrimiz vasitəsi ilə əlaqə saxlaya bilərlər: