Sevilfest / Haqqımızda

— Biz Kimik

Biz Kimik

Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı Azərbaycanda 2020-ci ildən fəaliyyət göstərən müstəqil sənədli film festivalıdır.

Buraxılış

VII

Tarix

3-11 İYUL 2026

Şəhərlər

Bakı · Şəki · Lənkəran

— 01

Manifest

Sevilfest haqqında — niyə, nə üçün və kimə.

Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı Azərbaycanda 2020-ci ildən fəaliyyət göstərən müstəqil sənədli film festivalıdır.

 

“SevilFest”, ilk növbədə, gender məsələlərinə yönəlir. Festivalın əsas məqsədi incəsənət və sənədli filmlər vasitəsilə genderlə bağlı problemlər haqqında fərqindəliyi artırmaqdır. Bundan əlavə, “SevilFest” mövcud stereotiplərdən ötrü qadın rejissorların önündəki maneələrin qaldırılmasını, onların Azərbaycandakı kino sahəsində iştirakçılığını artırmağı özünə məqsəd bilir.

 

Festival dünyanın hər yerindən bəyənilən filmləri Azərbaycan tamaşaçılarına təqdim edir və onları müxtəlif gender əsaslı problemlər ətrafında ictimai müzakirələrə təşviq edir. 

 

Müxtəlif beynəlxalq əməkdaşlıqlar, qonaq və ekspertlərlə əlaqəni təmin edən festival yerli və beynəlxalq sənətçilər üçün qısa və tammetrajlı müsabiqələr təşkil etməklə yerli kino sənətini təbliğ edir. Həmçinin, festival paralel olaraq üç şəhərdə - Bakı, Şəki, Lənkəranda təşkil olunur.

 

Festival qadınlar və təmsil olunmayan qruplar üçün təhlükəsiz və inklüziv məkan yaratmaq, onların iştirakını və ölkədə sənədli film sənayesinə töhfələrini artırmaq istiqamətində fəal işləyir. Nümayişlər, müzakirələr və digər fəaliyyətlər vasitəsilə SevilFest sənədli film sektorunun təkmilləşməsini və inkişafını, xüsusən də, marjinal hesab edilən kinorejissorların səslərini dəstəkləmək və gücləndirməklə təşviqat məqsədi daşıyır.

— 02

Missiyamız

SevilFest fərqlilikləri filmlə birləşdirir.

— 03

Dəyərlərimiz

05 prinsipdə dayanırıq

  1. 01

    Alternativ və inklüziv əyləncə

    “SevilFest” hər kəs üçün təhlükəsiz, rahat və fərqli olmağın qəbul edildiyi bir məkandır – burada sən kim olduğunu gizlətmədən gülə, hiss edə və paylaşa bilərsən.

  2. 02

    Sosial təsir

    İncəsənətin dəyişdirici gücünə inanırıq. Bir film, bir səhnə və ya bir söhbət cəmiyyətə sual verməyə, yeni yollarla düşünməyə ilham verə bilər. Biz bu dəyişimin bir parçası olmaq istəyirik.

  3. 03

    Bərabər münasibət

    “SevilFest” hər kəs üçündür – şəhərdə və ya kənddə, mərkəzdə və ya kənarda yaşayan hər kəs üçün. Əlçatanlığı prioritet bilirik və festivala yolları mümkün qədər açıq saxlamağa çalışırıq.

  4. 04

    Anlayış və həssaslıq

    Hər addımımızı dinləməklə və müşahidə etməklə atırıq.

  5. 05

    Müstəqillik və sadiqlik

    Səsimizi, missiyamızı və baxışımızı qoruyaraq irəliləyirik.

— Əlaqə

Bizimlə əlaqə saxlayın

[email protected]