— Festival
Münsiflər
Rada Şeşic
2025
Sarayevo Film Festivalında sənədli filmlər müsabiqəsinin rəhbəri Rada Şeşiç beynəlxalq sənədli film sahəsində böyük nüfuza malik simalardan biridir. O, Sarayevo Film Festivalının sənədli film müsabiqəsinə rəhbərlik edir. Rada regionda sənədli kino sahəsinin inkişafında mühüm rol oynayan “Docu Rough Cut Boutique” platformasının həmtəsisçisidir. O eyni zamanda Trieste Film Festivalının proqramçısı və IDFA, Rotterdam kimi festivalların məsləhətçisidir. Müəllifi olduğu sənədli filmlər nüfuzlu festivallarda nümayiş olunub və mükafatlar qazanıb.
Reyçel Pronqer
2025
Kinoşünas, kurator və “Invisible Women” kollektivinin həmtəsisçisi Reyçel Pronqer kinoşünas, kurator və “Invisible Women” feminist kino kollektivinin həmtəsisçisidir. O, Böyük Britaniyada bir sıra aparıcı festivallar və kinoteatrlarla əməkdaşlıq edib. Reyçelin kino və vizual incəsənət haqqında məqalələri "Sight and Sound", "The Guardian", "Documentary Magazine", "MUBI Notebook" və digər nüfuzlu platformalarda dərc olunub.
Malika Muxamecan
2025
Rejissor və "Qyzqaras" Film Festivalının təsisçisi Rejissor Malika Muxamecan Almatı şəhərində fəaliyyət göstərən feminist təşəbbüs “Qyzqaras”ın yaradıcısıdır. O, bu platforma vasitəsilə müxtəlif film nümayişləri, mühazirələr və festival təşkil edir. Malikanın debüt filmi "Bir gündən uzun" Şanxay Beynəlxalq Film Festivalında premyera edib. Hazırda ikinci bədii filmi üzərində işləyən rejissor poetik üsluba üstünlük verir, tənhalıq, qadınlıq və emosional yadlaşma mövzularını araşdırır.
Marina Belikova
2025
Animasiya rejissoru Marina Belikova Berlin mərkəzli animasiya rejissoru və multimedia sənətçisidir. Onun “Astronavtın gündəliyi” adlı animasiya filmi bir çox beynəlxalq festivallarda nümayiş olunub. Marinanın foto və qarışıq texnikalarla işlənmiş əsərləri yaddaş, şəhər məkanında insanın izi və gündəlik həyatın görünməyən tərəflərini araşdırır O həm də Faktual Animasiya Film Festivalının komandasında yer alır və sənədli animasiya sahəsində müntəzəm olaraq mühazirələr keçir.
İradə Bağırzadə
2025
prodüser, ssenarist İradə Bağırzadə prodüser, ssenarist, yazıçı və “ADARI Films” kino şirkətinin təsisçisi və direktorudur. Prodüseri olduğu “Buqələmun” (2013, rej. Rüfət Həsənov və Elvin Adıgözəl), “Biləsuvar” (2020, rej. Elvin Adıgözəl), “Mərmər soyuğu” (2022, rej. Asif Rüstəmov) kimi ekran işləri nüfuzlu festivallarda iştirak edib və mükafat qazanıb. Bağırzadə 2016-cı ildə “Qızıl Pəri” milli kino mükafatına layiq görülüb. O, 2022-ci ildən Avropa Kino Akademiyasının üzvüdür.