— Festival

Arxiv

2020 — 2026  ·  7 buraxılış

VII SevilFest
Afişa

Buraxılış  ·  2026

VII

VII SevilFest

“SevilFest” 7-ci buraxılışında “YETDİ!” deyir.

Hər gün bir-birini əvəzləyən qadın qətllərinə, bitib-tükənməyən zorakılıq hekayələrinə - YETDİ.

Qadınların evdə, işdə, küçədə, həyatın hər anında sıxışdırılmasına - YETDİ.

3–11 iyul tarixləri arasında Bakı, Şəki və Lənkəranda nümayiş etdirəcəyimiz filmlər, müzakirələr, atelye və ustad dərsləri vasitəsilə bu səsi daha da gücləndirəcəyik.

Səsini səsimizə qatmaq, bu məkanda özünü tək hiss etməmək və hekayələrimizi birlikdə paylaşmaq üçün səni də gözləyirik.

Jüri

03
Öykü Sofuoğlu

Öykü Sofuoğlu

Öykü Sofuoğlu Parisdə fəaliyyət göstərən kinoşünas və jurnalistdir. O, “Outskirts” kino jurnalı və “Emitaï” nəşrlərinin redaksiya heyətinin üzvüdür. Türk, ingilis və fransız dillərində yazdığı məqalələr “MUBI Notebook”, “Documentary Magazine”, “Letterboxd”, “Filmexplorer”, “Swissinfo”, "Altyazı" jurnalı kimi nüfuzlu platformalarda dərc olunub.

Öykü Sofuoğlu Avropa Kinotənqid Atelyesi, Berlinale Talents və Lokarno Tənqidçilər Akademiyası kimi beynəlxalq proqramların iştirakçısı olub. O, Avropa Film Akademiyasının və Fransa Kinotənqidçiləri Assosiasiyasının üzvüdür. Həmçinin “Qızıl Qlobus” mükafatlarının səsvermə heyətində təmsil olunur.

Samirə Kidman

Samirə Kidman

Samirə Kidman Bakı və Mumbay arasında fəaliyyət göstərən montaj rejissorudur. O, çoxsaylı sənədli, bədii, televiziya və kommersiya layihələrində iştirak edib, montaj işi ilə yanaşı prodüser və rejissor assistenti kimi də fəaliyyət göstərib.

Samirə Hindistanın nüfuzlu Film və Televiziya İnstitutunda (FTII) film montajı üzrə təhsil alıb, həmçinin Praqada yerləşən FAMU-da mübadilə proqramında iştirak edib.

Beynəlxalq və yerli film istehsalatı təcrübəsi ilə yanaşı, o, gənc kino mütəxəssisləri və filmmeykerlər üçün montaj konsultasiyaları və mentorluq da edir.

Şirin Bahar Demirel

Şirin Bahar Demirel

Şirin Bahar Demirel ötən il VI “SevilFest”də nümayiş olunan “Zərifliklə zorakılıq arasında” (Between Delicate and Violent) sənədli animasiya filmi ilə “Ən yaxşı beynəlxalq film” mükafatına layiq görülüb. Bu il isə o, festivalımıza münsiflər heyətinin üzvü kimi qayıdır.

Şirin Bahar Demirel kino, kollaj və instalyasiya sahələrini bir araya gətirən rejissor və multidissiplinar sənətçidir. Onun yaradıcılığı şəxsi və kollektiv yaddaşın, gender münasibətlərinin, siyasətin və patriarxal sistemlərin kəsişməsinə fokuslanır. Son illərdə o, xüsusilə tekstil və tikiş sənətinə maraq göstərir, bu vasitələrdən qayğı, mübarizə və yaddaş mövzularını ifadə etmək üçün istifadə edir.

Şirin Türkiyədə Qalatasaray Universitetində kino təhsili alıb, Fransadakı Pol Valeri Universitetində mədəniyyət layihələrinin kurasiyası və idarə olunması üzrə magistr dərəcəsi əldə edib. Onun filmləri və digər incəsənət layihələri IDFA, Niderland Film Festivalı, Sarayevo Film Festivalı, İstanbul Modern, Şərcah Film Platforması, Transmediale Berlin və Ars Electronica kimi nüfuzlu festival və platformalarda nümayiş olunub.