— FAQ
Tez-tez verilən suallar
07 sual
Festival, könüllülük və digər mövzularda ən çox verilən sualların cavablarını burada tapacaqsınız. Cavabı tapa bilmirsinizsə, bizimlə əlaqə saxlayın.
Ümumi
04 sual
01 "SevilFest" tədbirlərində iştirak ödənişlidir?
Xeyr, tədbirlərimizdə iştirak tamamilə ödənişsizdir.
02 Tədbirlərdə və film nümayişlərində necə iştirak etmək olar?
Tədbir və film nümayişlərimizdə Google formdan qeydiyyatdan keçərək və ya ödənişsiz bilet (QR kod) əldə edərək iştirak edə bilərsiniz.
03 Festival harada keçirilir?
Festival eyni anda 3 şəhərdə - Bakı, Lənkəran və Şəkidə keçirilir.
04 "SevilFest"də yalnız qadınlar iştirak edə bilər?
Festivalımızda gender fərqi olmadan hər kəs iştirak edə bilər.
Könüllülük
03 sual
01 Sevilfest könüllüsü kim ola bilər?
Festivala dəstək olmaq istəyən, 18 yaşı tamam olmuş hər kəs müraciət edə bilər. Proqram, tələbələr, kino sahəsi ilə maraqlanan gənclər və bu sahə təcrübə qazanmaq istəyən hər bir kəs üçün açıqdır.
02 Hansı sahələrdə könüllü ola bilərəm?
Qonaqların qarşılanması, kommunikasiya könüllüsü, logistika könüllüsü, sosial media könüllüsü, satış və PR könüllüsü kimi müxtəlif sahələrdə komandalar mövcuddur.
03 Tələblər nələrdir?
Məsuliyyətli olmaq, komandada işləməyi bacarmaq, festival günlərində Bakıda olmaq və minimum 4 günlük cədvələ uyğunlaşa bilmək. Xarici dil bilikləri (ingilis dili, rus dili) və ya kino sahəsində maraq əlavə üstünlükdür.
— Cavab tapmadın?