Mən Ədilə Ağayeva, 2025-ci ildə “SevilFest”ə sosial media meneceri və kontent yaradıcısı kimi qoşulmuşam. Hazırda festivalın vebsaytı üçün məzmun hazırlayır və media işlərində iştirak edirəm. “SevilFest” mənim üçün həm öz səsimi tapdığım, həm də başqalarının hekayələrini eşitməyi və görünən etməyi öyrəndiyim bir məkandır. Festival mənə yalnız dəyərli dostlar və peşəkar həmkarlar qazandırmayıb, həm də istedadlı kino yaradıcıları ilə tanış olmaq və mənim üçün vacib olan dəyişimin bir parçasına çevrilmək imkanı verib. “SevilFest”dən kənarda media, fotoqrafiya, mədəni sənədləşdirmə və vətəndaş cəmiyyəti layihələri ilə məşğul oluram. Jurnalistika, film yaradıcılığı və mədəni təmsilçilik mövzularında beynəlxalq seminar və layihələrdə iştirak etmişəm. Hər kəsə tövsiyə etdiyim sənədli filmlərdən biri Şantal Akermanın “Evdən xəbərlər” filmidir. Mənim haqqımda maraqlı bir fakt isə budur ki, iki alman çoban itim və üç pişiyim var.