Komanda

— Qonaqlar üzrə koordinator

Aytac Hüseynli

Aytac Hüseynli

Mən Aytac, SevilFest-ə 2025-ci ildə qonaqlar üzrə koordinator kimi qoşulmuşam. SevilFest mənim üçün işıqlı, yaradıcı və dəyişiklik yaratmağa çalışan insanların bir araya gəldiyi, qəşəng və faydalı söhbətlərlə dolu xüsusi bir məkandır. İstənilən iş prosesində mənim üçün ən vacib məqamlardan biri onun sonda real dəyər yarada bilməsidir. SevilFest-də olmaq isə mənə yalnız bir işin parçası olduğumu deyil, eyni zamanda icmada dəyər yaratdığımı hiss etdirir. Festivaldan kənar əsasən akademik fəaliyyətlə məşğulam. Sosial elmlər sahəsində araşdırmalar edir və universitetdə fəaliyyət göstərirəm. Müxtəlif icma yönümlü sosial layihələrin həm həmtəsisçisi, həm də iştirakçısı kimi fəaliyyət göstərmişəm. İzləməyən hər kəsə “Tangerines” (2013) filmini izləməyi tövsiyə edirəm. Müxtəlif yerləri gəzməyi və oradakı insan hekayələrini dinləməyi sevirəm.