Yeniliklər / 25 iyn 2026

— Sevilfest jurnalı

“SEVİL” ÖZ SÖZÜNÜ DEYİB. İNDİ NÖVBƏ BİZDƏDİR.

25 iyn 2026 · 1 dəq oxu
“SEVİL” ÖZ SÖZÜNÜ DEYİB. İNDİ NÖVBƏ BİZDƏDİR.

1928-ci ildə Cəfər Cabbarlı “Sevil” pyesini yazdı. Bu, öz səsini eşitdirmək istəyən bir qadının hekayəsi idi.

Aradan təxminən yüz il keçib. Dünya dəyişib. Amma bu əsərin verdiyi suallar hələ də öz cavabını axtarır.

Qadın öz səsi ilə danışmağa başlayanda nə baş verir?
Kim onu eşitməyə hazırdır?
Niyə bəzi dəyişikliklər cəmiyyət tərəfindən qəbul olunur, bəziləri isə müqavimətlə qarşılanır?

Bu il “SevilFest” “Yetdi!” deyir.
Amma “Sevil” bunu bizdən çox əvvəl demişdi.

Yeddinci yaşını qeyd edən festival bu il yenidən həmin əsərə qayıdır. Təkcə Azərbaycan ədəbiyyatının klassik nümunəsi kimi deyil, bu gün də davam edən bir söhbət kimi.
Bu səbəbdən səni “SevilFest” çərçivəsində fərqli bir teatr axşamına dəvət edirik.

Axşamın ilk hissəsində “Sevil” pyesinin oxunuşu baş tutacaq. Bu, tanış mətni yenidən dinləmək və ona bugünün gözü ilə baxmaq üçün bir fürsətdir.
İkinci hissədə isə səhnə ilə tamaşaçı zalı arasındakı sərhəd aradan qalxacaq.
Tamaşanın qəhrəmanları bizimlə qalacaq, tamaşaçılar isə onlarla söhbət edə, suallar verə və hadisələrə, personajlara yeni rakursdan baxa biləcəklər.

Pyes bitəcək.
Söhbət isə yox.

📅 9 iyul
🕖 19:00
📍 Teatr O₂ (Yusifbəy İbrahimli küç., 6A)