— Sevilfest jurnalı
Katya Drinqenberq ilə ustad dərsi
Almaniya kino sənayesinin tanınmış montajçı, dramaturq və rejissorlarından biri olan Katya Drinqenberq ilə ustad dərsində görüşürük!
Katya Tom Tıkverin ilk filmlərinin montajçısı, Milo Rau və Andres Fayelin uzunmüddətli əməkdaşıdır.
“Ölümcül Mariya” (Deadly Maria) və “Black Box BRD” filmlərinə görə iki dəfə Alman Kamera Mükafatına layiq görülüb. 2019-cu ildə isə Amerika Kino Akademiyasının sənədli film bölməsinə dəvət alıb.
Filmoqrafiyasına “Beltracchi: Saxtakarlıq sənəti”, “Kaliqaridən Hitlerə”, “Yeni İncil”, “Qızlar bandası”, “Konqo Tribunalı” və bir çox başqa sənədli və bədii filmlər daxildir.
Tədbir “SevilFest” və “Goethe Zentrum Baku”nun birgə əməkdaşlığı çərçivəsində baş tutacaq.
Tədbirdə iştirak üçün qeydiyyat məlumatları tezliklə paylaşılacaq.