Yeniliklər / 10 iyn 2026

— Sevilfest jurnalı

Heddy Honigmann Retrospektivində izləyəcəyimiz filmlər

10 iyn 2026 · 1 dəq oxu
Heddy Honigmann Retrospektivində izləyəcəyimiz filmlər

Heddi Honiqmanın retrospektivində nümayiş olunacaq filmləri təqdim edirik! 
Empatiya, yaddaş, sürgün, sevgi və insan talelərini böyük həssaslıqla ekrana gətirən Heddi Honiqman sənədli kinonun özünəməxsus müəlliflərindən biridir. Onun filmlərində tarix və siyasət fonunda adi insanların gündəlik həyatı, xatirələri və hissləri ön plana çıxır.

Retrospektiv proqramı çərçivəsində “Metal və melanxoliya” (1993), “Yeraltı orkestr” (1997), “Yaxşı ər, əziz oğul” (2002) və “Unudulanlar” (2008) filmlərini Azərbaycan tamaşaçısına ilk dəfə nümayiş etdirəcəyik.

Bu retrospektivin ərsəyə gəlməsinə göstərdikləri dəstəyə görə Heddi Honiqmanın ailəsinə, yaxın həmkarlarına, prodüserlərinə və Niderlandın “Eye” Film Muzeyinə təşəkkür edirik. 

— Qalereya

04 şəkil