— Sevilfest jurnalı
Azərbaycanca danışan bir kənddən "Oskar"a
“SevilFest”də təşkil olunacaq növbəti ustad dərsi bizi qayaların arasından keçən uzun bir hekayə yoluna aparacaq. Bir filmin yaranma prosesini və qarşılaşdığı çətinlikləri rejissorlarından dinləyəcəyik.
2026-cı ildə “Ən Yaxşı Tammetrajlı Sənədli Film” nominasiyası üzrə “Oskar”a namizəd olan “Qayaları yararaq” (Cutting Through Rocks) filminin yaradıcı heyətindən Məhəmmədrza Eyni və Sara Xaki filmin yaranma hekayəsini “SevilFest” auditoriyası ilə bölüşəcəklər.
İranda ucqar bir kənddən başlayan və dünyanın ən nüfuzlu kino platformalarına qədər uzanan bu yol boyunca rejissorlar araşdırma, çəkiliş, montaj, beynəlxalq əməkdaşlıqlar, qəhrəmanla uzunmüddətli etimad münasibətinin qurulması və sənədli kinoda yaradıcı qərarların verilməsi barədə danışacaqlar.
Ustad dərsi müasir sənədli kino istehsalının görünməyən tərəflərinə işıq salacaq.
📅 8 iyul
🕗 18:00
📍 Landmark, CineClub
Tədbir ingilis dilində keçiriləcək, tərcümə xidməti təmin olunacaq.