— Festival

Arxiv

2020 — 2026  ·  7 buraxılış

VI SevilFest
Afişa

Buraxılış  ·  2025

VI

VI SevilFest

VI "SevilFest" 5-13 iyul, Bakı, Şəki, Lənkəran
Sloqan: Ziddiyyətlər

 

VI “SevilFest” Ziddiyətlər şüarı ilə cəmiyyətin qadınlara biçdiyi ziddiyyətli rolları, qəlibləri ön plana çəkdi. Müzakirələr, masterklasslar və film nümayişləri ilə yadda qalan “SevilFest” bu il də sənədli kinonun önəmli qadın fiqurlarını qonaq etdi. 

Şantal Akermanın retrospektivi çərçivəsində onun montajçısı olan Kler Aterton festivalımızda masterklassla çıxış etdi. Qonaqlar arasında həmçinin Sarayevo Film Festivalının sənədli film müsabiqəsinə rəhbərlik edən Rada Şeşiç, “Invisible Women” feminist kino kollektivinin həmtəsisçisi olan Reyçel Pronqerin adlarını çəkmək olar. 2000-dən çox izləyici qəbul edən “SevilFest” 30 filmin nümayişini həyata keçirmiş, Bakı ilə yanaşı Şəki və Lənkəranda da aktiv şəkildə tədbirlərin keçirilməsinin qayğısına qalmışdır. 

Qaliblər

04
Pərvanə Quliyeva 01

Yerli qısametrajlı sənədli film nominasiyası

Rəqs edən qız

Pərvanə Quliyeva

Şirin Bahar Demirel 02

Beynəlxalq qısametrajlı sənədli film nominasiyası

Zərifliklə zorakılıq arasında

Şirin Bahar Demirel

Aysedora Karneyro 03

Jurinin xüsusi mükafatı

Nilo

Aysedora Karneyro

Atanur Nəbiyeva 04

Jurinin xüsusi mükafatı

Gərək getməyəydik, Valeria

Atanur Nəbiyeva

Jüri

05
Rada Şeşic

Rada Şeşic

Sarayevo Film Festivalında sənədli filmlər müsabiqəsinin rəhbəri

 

Rada Şeşiç beynəlxalq sənədli film sahəsində böyük nüfuza malik simalardan biridir. O, Sarayevo Film Festivalının sənədli film müsabiqəsinə rəhbərlik edir. Rada regionda sənədli kino sahəsinin inkişafında mühüm rol oynayan “Docu Rough Cut Boutique” platformasının həmtəsisçisidir. O eyni zamanda Trieste Film Festivalının proqramçısı və IDFA, Rotterdam kimi festivalların məsləhətçisidir. Müəllifi olduğu sənədli filmlər nüfuzlu festivallarda nümayiş olunub və mükafatlar qazanıb.

Reyçel Pronqer

Reyçel Pronqer

Kinoşünas, kurator və “Invisible Women” kollektivinin həmtəsisçisi

 

Reyçel Pronqer kinoşünas, kurator və “Invisible Women” feminist kino kollektivinin həmtəsisçisidir. O, Böyük Britaniyada bir sıra aparıcı festivallar və kinoteatrlarla əməkdaşlıq edib. Reyçelin kino və vizual incəsənət haqqında məqalələri "Sight and Sound", "The Guardian", "Documentary Magazine", "MUBI Notebook" və digər nüfuzlu platformalarda dərc olunub.

Malika Muxamecan

Malika Muxamecan

Rejissor və "Qyzqaras" Film Festivalının təsisçisi

 

Rejissor Malika Muxamecan Almatı şəhərində fəaliyyət göstərən feminist təşəbbüs “Qyzqaras”ın yaradıcısıdır. O, bu platforma vasitəsilə müxtəlif film nümayişləri, mühazirələr və festival təşkil edir.

Malikanın debüt filmi "Bir gündən uzun" Şanxay Beynəlxalq Film Festivalında premyera edib. Hazırda ikinci bədii filmi üzərində işləyən rejissor poetik üsluba üstünlük verir, tənhalıq, qadınlıq və emosional yadlaşma mövzularını araşdırır. 

Marina Belikova

Marina Belikova

Animasiya rejissoru

 

Marina Belikova Berlin mərkəzli animasiya rejissoru və multimedia sənətçisidir. Onun “Astronavtın gündəliyi” adlı animasiya filmi bir çox beynəlxalq festivallarda nümayiş olunub. Marinanın foto və qarışıq texnikalarla işlənmiş əsərləri yaddaş, şəhər məkanında insanın izi və gündəlik həyatın görünməyən tərəflərini araşdırır  O həm də Faktual Animasiya Film Festivalının komandasında yer alır və sənədli animasiya sahəsində müntəzəm olaraq mühazirələr keçir.

İradə Bağırzadə

İradə Bağırzadə

prodüser, ssenarist

 

İradə Bağırzadə prodüser, ssenarist, yazıçı və “ADARI Films” kino şirkətinin təsisçisi və direktorudur. Prodüseri olduğu “Buqələmun” (2013, rej. Rüfət Həsənov və Elvin Adıgözəl), “Biləsuvar” (2020, rej. Elvin Adıgözəl), “Mərmər soyuğu” (2022, rej. Asif Rüstəmov) kimi ekran işləri nüfuzlu festivallarda iştirak edib və mükafat qazanıb.

Bağırzadə 2016-cı ildə “Qızıl Pəri” milli kino mükafatına layiq görülüb. O, 2022-ci ildən Avropa Kino Akademiyasının üzvüdür.