— Festival

Arxiv

2020 — 2026  ·  7 buraxılış

I SevilFest
Afişa

Buraxılış  ·  2020

I

I SevilFest

Sentyabr-Dekabr, 2020
Müxtəlif şəhərlərdə
Mövzu: Kənardakılar

“SevilFest”in ilk tədbirləri bu gün keçirilənlərdən xeyli fərqli idi. Festival ilkin mərhələdə mobil formatda fəaliyyətə başlayıb. 2020-ci ilin sentyabrından dekabrına qədər Bakı, Gəncə, Şəmkir, Tovuz və Lənkəran şəhərlərində film nümayişləri və masterklasslar təşkil olundu.
 

Festivalın mövzusu “Kənardakılar” idi. Bu, həm qadınların qərarverici sahələrdən kənarda qalmasını, həm də festivalımızın diqqətdən kənar bölgələrə səfərini simvolizə edirdi.

Bu buraxılışdan arxivdə yalnız afişa saxlanılır.