— Festival
Arxiv
2020 — 2026 · 7 buraxılış
Buraxılış · 2024
V
V SevilFest
5-12 iyul, 2024
Bakı, Şəki, Lənkəran, Şabran
Sloqan: Qoy bir kəlmə də mən deyim
V “SevilFest” “Qoy bir kəlmə də mən deyim” şüarı ilə hər bir insanın, hər bir hekayənin və hər bir səsin dəyərini ön plana çəkərək başladı. Festival bu il də onlarla yerli və xarici sənədli film, masterklasslar, panel diskussiyaları və müxtəlif ictimai tədbirlərlə zəngin proqram təqdim etdi.
Genişlənən Coğrafiya: Bu il ilk dəfə olaraq “SevilFest” yalnız üç yox, dörd şəhərdə - Bakı, Şəki, Lənkəran və Şabran şəhərlərində eyni anda baş tutdu.
Nəticələr:
- 8 gün ərzində festival bu dörd şəhərdə 3700-dən çox tamaşaçını bir araya gətirdi.
- Ölkənin müxtəlif bölgələrindən gələn iştirakçılara inklüziv və çoxsəsli kino təcrübəsi yaşatdı.