— Festival
Arxiv
2020 — 2026 · 7 buraxılış
Buraxılış · 2022
III SevilFest
13-22 avqust, 2022
Bakı, Şəki, Lənkəran
Sloqan: "Sizdən bizə kim düşə"
2022-ci ildən etibarən “SevilFest” yeni formatla izləyicilərin qarşısına çıxdı. III “SevilFest“ eyni anda üç şəhərdə — Bakı, Şəki və Lənkəranda təşkil olundu. Artıq hər şəhənin özünün koordinatorları və komanda üzvləri var idi.
Festivalın şüarı:
“Bənövşə bəndə düşə, bizdən sizə kim düşə?”
SevilFest bu dəfə də cəmiyyətin stereotiplərlə formalaşdırdığı zəncirləri qırmağa çağırırdı. Filmlərimiz və hekayələrimizlə bu zəncirləri qırmağa birgə dəvət edirdik.
III “SevilFest“in proqramına daxil idi:
- 47 film nümayişi
- 2 master-klass
- 2 panel müzakirəsi
- 14 xarici qonaq
Festival 3 şəhərdə ümumilikdə 1200 tamaşaçını bir araya gətirdi.
Mükafatlandırma: Festivalın “Ən yaxşı yerli qısametrajlı sənədli film” nominasiyasının qalibi, gənc rejissor Aynur Kazımovaya, mükafat olaraq, Almaniyanın Visbaden şəhərində keçirilən goEast Film Festivalının “East-West Talent Lab” proqramında iştirak imkanı təqdim olundu.