— Sevilfest jurnalı
"SevilFest"in 7-ci və 8-ci günü necə keçdi?
7-ci gün “”Sevil” öz sözünü deyib. İndi növbə bizdədir” adlı pyes oxunuşu və interaktiv teatr ilə başladı.
“SevilFest” və “Teatr O2”nin əməkdaşlığı ilə 9 iyulda interaktiv teatr təşkil olundu. Bu tamaşanı “Teart O2” komandası bizə özəl hazırlamışdı və izlədiklərimiz bizə də sürpriz oldu.
Ənənəvi tamaşalardan fərqli olaraq, burada biz sakitcə “Sevil”in məruz qaldığı ədalətsizliyi izləmədik. Onu inkişafdan geri saxlayan, onun hüquqlarını tapdalayan şəxslərə etirazımızı bildirdik.
Aktyor və aktrisaların mükəmməl performansı sayəsində özümüzü həqiqətən də o hekayənin içində, “Sevil” üçün vuruşarkən hiss etdik. Kişilərin qadınların adından danışmasına, onların əvəzinə qərar verməsinə “YETDİ!” dedik.
Gün “Maskulinliklər” proqramı ilə davam etdi – “Kekre”, “Kişilərin torpağı” və “Kəsik” filmlərinin ardından maskulinlik mövzusunda panel müzakirəsi təşkil olundu.
Moderator və qonaqlar həmçinin kuir nəzəriyyə, gender fərqliliyi və gender məhfumlarına yüklənmiş məsuliyyət barədə də izləyicilərlə sual-cavab sessiyasında iştirak etdilər.
8-ci gün “Raeda” filmi ilə başladıq. Ardınca Heddi Honiqmanın retrospektivi çərçivəsində “Unudulanlar” filmini izlədik.
Günü isə “Çay yuxuları” filmi ilə tamamladıq.
Nümayişdən sonra rejissor Kristina Mixaylova ilə baş tutan söhbət festivalın ən xoş anlarından biri oldu. Fərqli baxışlar, maraqlı suallar və səmimi müzakirələrlə günü bitirdik.