— Sevilfest jurnalı
“SevilFest” səni hədiyyəli AniDok axşamına dəvət edir!
Bu il festivalımızda ilk dəfə keçirilən Beynəlxalq AniDok Müsabiqəsində yer alan 7 animasiyalı sənədli filmi birlikdə izləyəcəyik. Şəxsi hekayələrdən kollektiv yaddaşa, gender normalarından müharibənin izlərinə qədər fərqli mövzulara toxunan bu qısametrajlı filmlər animasiyanın sənədli ifadə vasitəsi kimi gücünü nümayiş etdirir.
Gecə ərzində səni nələr gözləyir:
7 animasiyalı sənədli filmin nümayişi;
“Çünki mən qızam” filminin yaradıcı heyətindən Ayana Baymuratova, Fatima Çorobekova ilə görüş;
Moderasiyalı sual-cavab sessiyası;
“DAFilms” abunəliyi qazanmaq şansı
Bu, sadəcə film nümayişi deyil. Burada yeni insanlarla tanış ola, filmlər ətrafında maraqlı söhbətlərə qoşula və sənədli kino həvəskarları ilə bir araya gələ bilərsən. Tədbir ingilis dilində baş tutacaq, tərcümə dəstəyi təqdim ediləcək.
📅 7 iyul
🕢 19:15
📍Beer&Friends
İştirak ödənişsizdir.
Gecə boyunca menyudan istədiyiniz yemək və içki sifarişlərini ödənişli şəkildə əldə edə bilərsiniz.
— Qalereya
03 şəkil