Yeniliklər / 17 iyn 2026

— Sevilfest jurnalı

“SevilFest” “Festivallardan seçmələr” proqramını təqdim edir!

17 iyn 2026 · 1 dəq oxu
“SevilFest” “Festivallardan seçmələr” proqramını təqdim edir!

Sara İranın ucqar bir kəndində qızların gələcəyini dəyişməyə çalışır. Soraya isə əksinə, İranda zorakı ərin əlindən qaçıb Avstriyada yaşayan anasına qovuşmağın yollarını axtarır. Mailin Argentinada uzun illər məruz qaldığı cinsi istismara görə kilsə ilə üz-üzə gəlir. Karolina Venesuelada iflic olmuş səhiyyə sistemi içində qadınların təhlükəsiz doğuş hüququ uğrunda mübarizə aparır. Luiza isə menopauza ilə bağlı yaşadığı təcrübənin milyonlarla qadın tərəfindən bölüşüldüyünü kəşf edir.

Bu ilin “Festivallardan seçmələr” proqramında yer alan filmlərin qəhrəmanları fərqli ölkələrdə, fərqli siyasi və sosial şəraitlərdə yaşayırlar. Lakin bu qadınların hekayələrini birləşdirən ortaq bir cəhət var: hər biri həyatını müəyyən edən qaydalar, sistemlər və gözləntilərlə üz-üzədir. Bəzən bu qüvvələr dövlət, bəzən ailə, din, müharibə, texnologiya və ya cəmiyyətin görünməz normaları şəklində qarşımıza çıxır.

Bu filmlər dünyanın aparıcı festivallarında nümayiş olunub, mükafatlar qazanıb və beynəlxalq diqqət çəkiblər. Ancaq onların gücü yalnız festival uğurlarında deyil. Bu filmlər böyük siyasi və sosial mövzuları sadə insan taleləri vasitəsilə danışmağı bacarır.
 

— Qalereya

11 şəkil