— Sevilfest jurnalı
Maskulinliklər proqramı
K*şi olmaq nə deməkdir?
Bu sualın vahid cavabı yoxdur. Kişilik və ya maskulinlik anlayışı müxtəlif cəmiyyətlərdə, ailələrdə və həyat təcrübələrində fərqli formalarda qurulur, öyrədilir və yaşanır.
Bu proqramda yer alan üç qısametrajlı sənədli film maskulinlik anlayışına fərqli prizmalardan baxır. Kanadadan “Kəsik” reproduktiv seçimlər, atalıq və kişi bədəni ətrafında formalaşan təsəvvürləri sorğulayır. Türkiyədən “Kekre” cəmiyyətin genderlə bağlı qəbul etdiyi çərçivələrdən kənara çıxan kişilərin qazandığı təcrübələri vasitəsilə kişiliyin necə qurulduğunu və tanındığını araşdırır. Gürcüstandan “Kişilərin torpağı” isə kişiliyin yalnız fərdi kimlik deyil, həm də mülkiyyət, varislik və güc münasibətlərinə çevrilə bildiyini göstərir.
Azərbaycan kontekstində də kişilik müəyyən gözləntilərlə müşayiət olunur: kişi necə davranmalıdır, nə hiss etməlidir, hansı peşəni seçməlidir, nəyə maraq göstərməlidir və ya göstərməməlidir.
Filmlərdən sonra keçiriləcək müzakirə paneli bu sualları Azərbaycan reallığı fonunda qaldırmağı, kişiliyin fərdi təcrübələrə və cəmiyyətə necə təsir etdiyini birlikdə düşünməyi təklif edir.
— Qalereya
03 şəkil