— Sevilfest jurnalı
"SevilFest"in mükafatlarını elan etməkdən məmnunluq duyuruq!
VII "SevilFest"in mükafatlarını elan etməkdən məmnunluq duyuruq!🤍
Festivalın builki mükafat tərəfdaşları DAFilms və Fransa İnstitutunun Azərbaycan nümayəndəliyidir.
Bu il festival çərçivəsində aşağıdakı müsabiqələr həyata keçiriləcək:
Beynəlxalq Qısametrajlı Sənədli Film Müsabiqəsi
Beynəlxalq Qısametrajlı AniDok Müsabiqəsi
Yerli Qısametrajlı Sənədli Film Müsabiqəsi
Əsas mükafatlar:
Beynəlxalq Qısametrajlı Sənədli Film kateqoriyasında Ən Yaxşı Film — VIII "SevilFest"də rəsmi jüri olmaq hüququ
Yerli Qısametrajlı Sənədli Film kateqoriyasında Ən Yaxşı Film — 600 AZN pul mükafatı (Fransa İnstitutunun Azərbaycan nümayəndəliyinin dəstəyi ilə)
DAFilms Xüsusi Mükafatları:
Festivalın mükafat tərəfdaşı olan DAFilms — Avropanın aparıcı müəllif sənədli filmləri üçün onlayn platformalarından biri — Beynəlxalq AniDok müsabiqəsinin qalibini və hər üç müsabiqə bölməsi üzrə Jürilərin Xüsusi Mükafatı laureatlarını 1 illik platforma abunəliyi ilə mükafatlandıracaq.
DAFilms komandasına və Fransa İnstitutunun Azərbaycan nümayəndəliyinə festivalımıza göstərdikləri dəstəyə görə təşəkkür edir, bütün iştirakçılara uğurlar arzulayırıq!