— Sevilfest jurnalı
“SevilFest” DokAtelye: “YAZ” emalatxanasını təqdim edir!
“SevilFest” ilk dəfə olaraq DokAtelye: “YAZ” emalatxanasını təqdim edir! 🎉
Bu 3 günlük intensiv təcrübi proqram çərçivəsində iştirakçılar kinotənqid, film resenziyası, festival reportajı və incəsənət jurnalistikası sahəsində biliklər əldə edəcək, festival proqramından ilhamlanaraq öz yazılarını hazırlayacaqlar.
Emalatxanaya Parisdə yaşayan kinoşünas, jurnalist və kurator Öykü Sofuoğlu mentorluq edəcək. O, Avropa Kinotənqid Atelyesi, Berlinale Talents və Lokarno Tənqidçilər Akademiyası kimi beynəlxalq proqramların iştirakçısı olub. Avropa Film Akademiyasının və Fransa Kinotənqidçiləri Assosiasiyasının üzvüdür. Həmçinin “Qızıl Qlobus” mükafatlarının səsvermə heyətində təmsil olunur.
Proqramın sonunda seçilmiş yazılar “SevilFest”in veb-saytında dərc olunacaq.
Kino, jurnalistika və mədəniyyət sahəsinə marağın varsa və filmlər haqqında düşüncələrini peşəkar şəkildə ifadə etməyi öyrənmək istəyirsənsə, bu emalatxana sənin üçündür. 🤍
📝 İştirak ödənişsizdir, yerlərin sayı məhduddur.
📆 Son müraciət tarixi: 20 iyun
⤴️ Müraciət üçün linkə keç.