Yeniliklər / 20 iyn 2026

— Sevilfest jurnalı

Poster LAB. Mövqeni vizual ifadəyə çevir.

20 iyn 2026 · 1 dəq oxu
Poster LAB. Mövqeni vizual ifadəyə çevir.

Bəzi fikirlər var ki, onları sadəcə sözlə ifadə etmək olmur.

“Poster LAB” bir ideyanı, sualı, narahatlığı və ya şəxsi mövqeni vizual ifadəyə çevirmək üçün dəvətdir. Khadija Izabakarovanın və “Ladies, Wine & Design Baku” icmasının dəstəyi ilə iştirakçılar vörkşop ərzində öz posterlərini hazırlayacaq və günü ən azı bir hazır işlə tamamlayacaqlar.

Seçilmiş posterlər daha sonra “SevilFest”in sosial media hesablarında, saytında və festival nəşrlərində paylaşılacaq, həmçinin festivalın bağlanışında poster və ya açıqca kimi təqdim oluna bilər.

Öz notbuk və ya planşetinizi gətirməyiniz tövsiyə olunur. Dizayn proqramları ilə işləmək təcrübəsi üstünlükdür.

4 iyul, 12:00–14:30
Məkan: Landmark, Gaia Zalı

İştirak ödənişsizdir, yerlər məhduddur və qeydiyyat tələb olunur. 

Tədbir ingilis dilində keçiriləcək, tərcümə olacaq.