Yeniliklər / 1 avq 2025

— Sevilfest jurnalı

VI “Sevil” Beynəlxalq Qadın Sənədli Film Festivalı qalibləri bu il hansı mükafatlarla təltif olunur?

1 avq 2025 · 1 dəq oxu
VI “Sevil” Beynəlxalq Qadın Sənədli Film Festivalı qalibləri bu il hansı mükafatlarla təltif olunur?

“Ən yaxşı yerli sənədli film” nominasiyasının qalibi “Məlahət” filminin müəllifi Pərvanə Quliyeva, eləcə də jürinin “Xüsusi mükafat”ına layiq görülən filmlərin müəllifləri Atanur Nəbiyeva və Aysedora Karneyroya təşəkkürümüzü bildirmək üçün:

"DAFilms" portalına 1 illik abunəlik!

“DAFilms” sənədli film həvəskarları üçün əsl xəzinədir: 3,000-dən çox film, canlı rejissor söhbətləri və eksklüziv retrospektivlər burada toplanıb.

“Ən yaxşı beynəlxalq sənədli film” nominasiyasında qalib gələn “Zərifliklə zorakılıq arasında” filminin rejissoru Şirin Bahar Demirel isə gələn il “SevilFest” münsiflər heyətinin üzvü olaraq Bakıda qonağımız olacaq!

Yaradıcılıq, cəsarət və dəyərli hekayələr üçün bütün iştirakçılara dərin təşəkkür edirik!