Yeniliklər / 23 iyn 2026

— Sevilfest jurnalı

Pıçıltı ilə danışılan mövzulara pauza deyirik və səni də Menopauza Salonuna dəvət edirik!

23 iyn 2026 · 1 dəq oxu
Pıçıltı ilə danışılan mövzulara pauza deyirik və səni də Menopauza Salonuna dəvət edirik!

5 iyul tarixində “Menopauza müəmması” sənədli filmini birlikdə izləyəcək, daha sonra isə menopauza, menstruasiya və qadın sağlamlığı ətrafında formalaşmış tabular haqqında açıq söhbət aparacağıq.

Tədbirin müzakirə hissəsi menstruasiya və qadın sağlamlığı sahəsində fəaliyyət göstərən “Menarki.az” ilə əməkdaşlıq çərçivəsində baş tutacaq.

Müzakirə zamanı @chaibaku_ çayları və @dolceduo.baku şirniyyatları ilə çay fasiləsi təşkil olunacaq.

📅 5 iyul
🕠 17:30
📍 Landmark, Gaia zalı

İştirak ödənişsizdir. Qeydiyyat üçün link

Bütün tərəfdaşlarımıza təşəkkür edir və 5 iyulda səni də bu söhbətin bir parçası olmağa dəvət edirik.