— Sevilfest jurnalı
Kino ekspertləri ilə görüş
VII “SevilFest”in jüri üzvləri və xüsusi qonaqları ilə eyni masa arxasında görüş etmək necə olardı?
Bu görüş festival üçün Bakıya gələn xarici rejissorlar, prodüserlər və kino ekspertlərini “SevilFest” auditoriyası ilə daha yaxın formatda bir araya gətirir. Adətən onları səhnədə və ya panel müzakirələrində görürük. Burada isə onlara sual vermək, təcrübələrini dinləmək və səmimi söhbətə qoşulmaq imkanı yaranır.
Hər görüşdə 7 iştirakçı, 3 festival qonağı və 1 moderator eyni masa arxasında görüşəcək. İstər ilk filminizi çəkməyə hazırlaşın, istərsə də artıq kino sahəsində fəaliyyət göstərin, bu görüşlər yeni bilik və peşəkar əlaqələr qazanmaq üçün yaxşı fürsətdir.
🍽️ İlk görüş
📅 6 iyul | 🕜 13:15–14:30
📍 W Space (Terras)
Mentorlar:
Məhəmmədreza Eyni (“Oskar” nominasiyalı rejissor, prodüser və operator)
Sara Xaki (“Oskar” nominasiyalı rejissor, prodüser və montajçı)
Monik Lesterhaüs (kino sahəsində tədqiqatçı və ssenarist)
🍽️ İkinci görüş
📅 10 iyul | 🕜 13:15–14:30
📍 W Space (Terras)
Mentorlar:
Kristina Mixaylova (rejissor və prodüser)
Tolqa Oskar (rejissor)
Bahar Şirin Demirel (rejissor və multidisiplinar sənətçi)
Qeydiyyat üçün bio-dakı linkə keçid edə bilərsiniz. İngilis dilində ünsiyyət qura bilmək arzuolunandır.
İştirak ödənişsizdir. Qonaq mentorlarla görüş və tədbirə giriş üçün heç bir ödəniş nəzərdə tutulmur.
Vacib qeyd: Görüş zamanı etdiyiniz hər sifarişin ödənişini isə fərdi şəkildə ödəyəcəksiniz. Festival iştirakçıların sifariş ödənişini qarşılamır.