Yeniliklər / 25 iyn 2026

— Sevilfest jurnalı

Kinomanlar üçün “Speed Dating”

25 iyn 2026 · 1 dəq oxu
Kinomanlar üçün “Speed Dating”

Bəzən bir insanı tanımaq üçün sadəcə bir sual kifayətdir:
“Ən sevdiyin film hansıdır?”

“SevilFest”də KYNO ilə əməkdaşlıq çərçivəsində keçiriləcək bu xüsusi tədbirdə klassik tanışlıq suallarını bir kənara qoyuruq və söhbətə filmlərdən başlayırıq.

İştirakçılar qısa görüşlər zamanı bir-birilə tanış olacaq, vaxt tamam olduqca isə masalar dəyişəcək və yeni söhbətlər başlayacaq. Sevdiyin janrlar, haqqında saatlarla danışa biləcəyin rejissorlar, dönə-dönə baxdığın filmlər və ya heç cür sevmədiyin məşhur klassiklər bu görüşlərin əsas mövzusu olacaq.

Burada özünə yeni festival yoldaşı, uzun kino söhbətlərinin həmsöhbətini və ya eyni filmə səninlə eyni səbəbdən vurulan birini tapa bilərsən. 

Kino zövqünə güvənən bütün kinomanlar dəvətlidir!

📅 8 iyul
🕢 19:30
📍 Double Eleven

Tədbir ödənişlidir. Bir nəfər üçün ödəniş 20 AZN-dir. Buna “Welcome drink” daxildir.

Yaş məhdudiyyəti: +18

İştirak qeydiyyatladır. Qeydiyyat linki