VI “SevilFest” qalibləri elan edir!

VI “SevilFest” qalibləri elan edir!

Yerli qısametrajlı sənədli film nominasiyası: “Rəqs edən qız” – Pərvanə Quliyeva

Beynəlxalq qısametrajlı sənədli film nominasiyası: “Zərifliklə zorakılıq arasında” – Şirin Bahar Demirel

Jurinin xüsusi mükafatı:
1. “Nilo” Aysedora Karneyro, Braziliya
2. “Gərək getməyəydik, Valeria” Atanur Nəbiyeva, Azərbaycan

“Ən yaxşı yerli sənədli film” nominasiyasının qalibi “Rəqs edən qız” filminin müəllifi Pərvanə Quliyeva, eləcə də jürinin “Xüsusi mükafat”ına layiq görülən filmlərin müəllifləri Atanur Nəbiyeva və Aysedora Karneyroya təşəkkürümüzü bildirmək üçün:

“DAFilms” portalına 1 illik abunəlik!

“DAFilms” sənədli film həvəskarları üçün əsl xəzinədir: 3,000-dən çox film, canlı rejissor söhbətləri və eksklüziv retrospektivlər burada toplanıb.

“Ən yaxşı beynəlxalq sənədli film” nominasiyasında qalib gələn “Zərifliklə zorakılıq arasında” filminin rejissoru Şirin Bahar Demirel isə gələn il “SevilFest” münsiflər heyətinin üzvü olaraq Bakıda qonağımız olacaq!

Yaradıcılıq, cəsarət və dəyərli hekayələr üçün bütün iştirakçılara dərin təşəkkür edirik!

Sevil Beynəlxalq Qadın Sənədli Filmlər Festivalı Azərbaycanda 2020-ci ildən fəaliyyət göstərən müstəqil sənədli film festivalıdır.

© 2025 Bütün hüquqlar qorunur.

azAzerbaijani