Sloqan: Qoy bir kəlmə də mən deyim.
5-12 iyul, 2024, Bakı, Şəki, Lənkəran
V “SevilFest” “Qoy bir kəlmə də mən deyim” şüarı ilə hər bir insanın, hər bir hekayənin və hər bir səsin dəyərini ön plana çəkərək başladı. Festival bu il də onlarla yerli və xarici sənədli film, masterklasslar, panel diskussiyaları və müxtəlif ictimai tədbirlərlə zəngin proqram təqdim etdi.
Bu il ilk dəfə olaraq “SevilFest” yalnız üç yox, dörd şəhərdə – Bakı, Şəki, Lənkəran və Şabran şəhərlərində eyni andabaş tutdu.
8 gün ərzində, bu dörd şəhərdə 3700-dən çox tamaşaçını bir araya gətirən festival, ölkənin müxtəlif bölgələrindən gələn iştirakçılara inklüziv və çoxsəsli kino təcrübəsi yaşatdı.