Ucqar dağ kəndində dərs deyən ibtidai sinif müəlliməsi, həyatın bütün çətinliklərinə baxmayaraq, uşaqlara təhsil verməyə çalışır. Kənddə yol yoxdur, infrastruktur bərbad vəziyyətdədir, həkim tapılmır və savadsızlıq geniş yayılıb.
Filmdə müəllimənin dilindən kəndin acı reallıqları üzə çıxır: xəstələnən uşaqlar yardım ala bilmir, müəllimlər kənddə qalmaq istəmir, yeni müəllimlər isə gəlməkdən çəkinir. Oğlanlar Rusiyaya işləməyə, qızlar isə erkən yaşda ərə getmək istəyir.
Yolsuzluq – yalnız fiziki yolların deyil, həm də ümidlərin və imkanların yoxluğunun simvoluna çevrilən bir kəndin hekayəsidir.