Qanlı xaos

Məlumat Ətraflı
Ölkə Kanada
Rejissor Meqan Vennberq
Rollarda
Müddət 10 dəqiqə
Janr Sənədli
Yaş həddi yoxdur

 

🎬 Nümayiş cədvəli

📍 Bakı
🏛️ Landmark/CineClub
📅 7 iyul 2025 – 🕐 16:00

Meqan 40 yaşına çatanda orqanizmi ona qəribə siqnallar göndərməyə başlayır – aybaşısı sanki “partlayış rejiminə” keçir! O da düşünür ki, yəqin, uşaqlığı ondan inciyib: “Bu yaşa qədər mənə bir uşaq vermədin, indi gör başına nə oyun açıram!” Amma vəziyyət, zarafat bir yana, ciddiləşir və Meqan qanaxmanı dayandırmaq üçün müxtəlif müayinələrdən keçir. Nəticədə məlum olur ki, onun uşaqlığında mioma (fibroma) adlı xoşxassəli şişlər var. “Qanlı xaos” Meqanın həkim kabinetləri və diaqnozlar arasında yaşadığı həm emosional, həm də yumorla dolu macərasını izləyir. Üstəlik, Meqan bu macərada tək deyil: uşaqlığı da onunla “danışır” – özü də aktrisa Suzan Kentin səsi ilə!

Sevil Beynəlxalq Qadın Sənədli Filmlər Festivalı Azərbaycanda 2020-ci ildən fəaliyyət göstərən müstəqil sənədli film festivalıdır.

© 2025 Bütün hüquqlar qorunur.