Qadınlar kameranın arxasında və önündə: Azərbaycan kino sektorunda gender-əsaslı ayrı-seçkiliklər
💬 Panel müzakirəsi
📍 Bakı
🏛️ Landmark/CineClub
📅 11 iyul 2025 – 🕐 19:45
Sizi Azərbaycan film sənayesində qadınların qarşılaşdığı müxtəlif çətinliklər – qeyri-bərabər imkanlar, iş yerində diskriminasiya və digər struktural problemlər barədə müzakirəyə dəvət edirik.
Panel iştirakçıları:
İradə Bağırzadə – prodüser, ssenari müəllifi
Pərvanə Həsənova – operator
Günəş Mehdizadə – aktrisa
Moderator: Vəfa Xanlar
Kameranın arxasından səhnə önünə qədər qadınların kino sahəsindəki təcrübələrini dinləyəcək, daha bərabər və ədalətli bir kino mühiti üçün hansı addımların atıla biləcəyini müzakirə edəcəyik.