Laura Malvi ilə masterklass. Feminizm və kino mədəniyyətinin ilkin dövrləri haqqında xatirələr: tarix, nəzəriyyə və avtobioqrafiya (Onlayn)

💡 Masterklass cədvəli

📍 Bakı
🏛️ Landmark/CineClub – Onlayn
📅 9 iyul 2025 – 🕐 17:30

Feminizm və kino nəzəriyyəsinin əfsanəvi siması Laura Malvi “SevilFest” 2025-ə onlayn qoşularaq xüsusi ustad dərsi təqdim edəcək! “Vizual həzz və bədii kino” (Visual Pleasure and Narrative Cinema) məqaləsində təqdim etdiyi “kişi baxışı” anlayışı ilə tanınan Malvi feminist kino nəzəriyyəsinin əsas banilərindəndir. Bu ustad dərsdə o, feminizmin kinodakı ilk illəri, nəzəri irsi və şəxsi təcrübələri haqqında danışacaq, auditoriyanın suallarını cavablandıracaq. Laura Malvi bu tarixi dövrü şəxsən yaşamış biri kimi, öz təcrübələri və fəaliyyətləri vasitəsilə bu mədəni hərəkatın üç əsas istiqamətinə toxunacaq:
  1. Ənənəvi kişi mədəniyyətinə tənqidi yanaşma
  2. Unudulmuş qadın yaradıcılığının yenidən araşdırılması
  3. Qadın təcrübə və hisslərini ictimai sahəyə çıxaran yeni ifadə və təsvir formalarının axtarışı
Tarixi retrospektiv yanaşma ilə yanaşı, bu ustad dərsi həm də bu üç istiqamətin bugünkü mədəni və siyasi konteksdə necə rezonans yaratdığını düşünmək üçün zəmin yaradacaq. Tədbir Landmarkda baş tutacaq, Laura Malvi onlayn qoşulacaq.

Sevil Beynəlxalq Qadın Sənədli Filmlər Festivalı Azərbaycanda 2020-ci ildən fəaliyyət göstərən müstəqil sənədli film festivalıdır.

© 2025 Bütün hüquqlar qorunur.