Evim: teatr rejissoru və pedaqoq Aynur Zərrintac ilə ustad dərsi
💡 Masterklass cədvəli
📍 Lənkəran
🏛️ Osaküçə kəndi
📅 7 iyul 2025 – 🕐 18:00
Ustad dərsi çərçivəsində uşaqlar anaları ilə birgə öz evlərini düzəldib evin kiçik hekayəsini yaradıcı drama texnikası ilə səhnələdirəcəklər. Bu, valideyn-uşaq münasibətlərində tərəflərin incəsənət vasitəsilə qarşılıqlı iştirak məqsədi daşıyır.
Ustad dərsini Ritual Teatr və Yaradıcılıq Laboratoriyasının təsisçisi, rejissor və pedaqoq, ADMİU-nun müəllimi Aynur Zərrintac aparacaq.