Nəzrin Ağamalıyeva
Nəzrin Ağamalıyeva Praqa Səhnə Sənətləri Akademiyasının (FAMU) Kino və Televiziya fakültəsində animasiya üzrə təhsil alıb. Onun debüt filmi qısametrajlı animasiya janrında çəkilmiş “Hədis”in premyerası 2023-cü ilin iyununda Annecy Beynəlxalq Animasiya Filmləri Festivalında baş tutub. Film 9 mükafat alıb və 5-i Oskar kvalikasiyalı Annecy, Busan, Animest, Kaboom, İzmir film festivalları kimi 40-dan çox beynəlxalq festivala qəbul edilib. 2022-ci ildən Nəzrin ANİMAFİLM Beynəlxalq Animasiya Festivalında kreativ direktor vəzifəsində çalışır. Həmçinin, Azərbaycan Animasiya Assosiasiyasının həmtəsisçisidir.
