Hüseyn Yunisov

Hüseyn Yunisov

Texniki koordinator

Hüseyn Yunisov səs-küy yaratmadan, faydalı işlər görməyi üstün tutur. O, coğrafiya üzrə təhsil alıb və zamanla təbiətə olan marağını ekoaktivizm və sosial məsuliyyət istiqamətində inkişaf etdirib.

Təbiət yürüşləri, quş müşahidələri və xəritəçəkmə onun gündəlik həyatının bir parçasıdır. Hüseynə görə, təbiəti sevmək sadəcə gəzinti deyil – bu, eyni zamanda insanlara və cəmiyyətə fayda vermək məsuliyyətidir. Gender bərabərliyi, insan haqları və sosial ədalət onun üçün ekologiya qədər önəmli dəyərlərdir.

SevilFest komandasının üzvü kimi Hüseyn texniki işlərə cavabdehdir. 

Sevil Beynəlxalq Qadın Sənədli Filmlər Festivalı Azərbaycanda 2020-ci ildən fəaliyyət göstərən müstəqil sənədli film festivalıdır.

© 2025 Bütün hüquqlar qorunur.