Gülyaz Hümmətzadə Filologiya fakültəsi, “Azərbaycan dili və Ədəbiyyat” ixtisasında təhsil almış müəllimədir. Həm bakalavr, həm də magistratura üzrə BDU məzunudur. Azərbaycan Texniki Universitetində və Azərbaycan Tibb Universitetində çalışıb. Xarici tələbələrə Azərbaycan dilini sevdirməyə və öyrətməyə çalışır. Bir çox məqaləsini ixtisası üzrə, xüsusilə, mifologiya sahəsi ilə bağlı yazılar qələmə alaraq Beynəlxalq Konfranslarda iştirak edib. “SevilFest”də Şəki şəhəri üzrə koordinator kimi çalışır.