Bəşir Qasımov “SevilFest” komandasına 2024-cü ildə könüllü koordinatoru olaraq qoşulub. Son 3 ildə təhsil sektorunda sahibkarlıq/innovasiya/startap mövzularını əhatə edən proqram üzrə çalışır. Ondan öncəki tələbəlik illərində isə bəzi sosial təşəbbüslərin yaradılmasında iştirak etmiş, həmçinin beynəlxalq gənclər təşkilatında(AIESEC) istedadların idarəedilməsinə rəhbərlik etmişdir. “SevilFest” komandasında əsas məqsədi həm könüllülərin festival cəlb edilməsi, həm də onların festivala ən yaxşı formada dəstək göstərməsidir.