9 aylıq müqavilə

Məlumat Ətraflı
Ölkə Gürcüstan, Almaniya, Bolqarıstan
Rejissor Ketevan Vaşaqaşvili
Rollarda Elene Kuxtinovi, Jana Vaxtanqişvili
Müddət 79 dəqiqə
Janr Sənədli
Yaş həddi yoxdur

“9 aylıq müqavilə” Tbilisidə yaşayan Jananın hekayəsidir. Jana böyüdüyü yetimxananı tərk etdikdən sonra fasilələrlə küçələrdə yaşayıb, yeniyetmə qızı Elenanı saxlamaq üçün surroqat ana kimi işləməyə məcbur olub.
Surroqat ana olaraq hamiləliyini Elena ilə açıq danışa bilməsə də, Jananın dolanışıq çətinlikləri qurtarmır və özbaşına fəaliyyət göstərən surroqat agentliklərinin, qarnında daşıdığı uşaqların bioloji valideynlərinin manipulyasiyasına məruz qalır. Qanunvericiliyin yaxşı tənzimləmədiyi bir mühitdə Jana bədənini ard-arda doğuşlarla həddən artıq yükləyir. Bu onun psixoloji və fiziki sağlamlığına ciddi mənfi təsir göstərir və həyatını riskə atır. Rejissorun Jana və Elena ilə on illik dostluğu bu filmdə ana-qız münasibətlərinin zamanla necə dəyişdiyinə həssaslıqla işıq salır. Elena anasının gördüyü işin mahiyyətini dərk etdikcə, bunun ikisinə də necə təsir etdiyini anlamaya başlayır. “9 aylıq müqavilə” gözardı edilən bir işin dəhşətli fəsadlarına və təcrübəsinə şahidlik edir.

Sevil Beynəlxalq Qadın Sənədli Filmlər Festivalı Azərbaycanda 2020-ci ildən fəaliyyət göstərən müstəqil sənədli film festivalıdır.

© 2025 Bütün hüquqlar qorunur.