Novruz alovu
22 İyun - 25 İyun
Məlumat | Ətraflı |
---|---|
Ölkə | Azərbaycan, Türkiyə |
Rejissor | Nihal Atasoy |
Rollarda | Aygün Atasoy, Gönül Aliyeva, Saadet Çorbacıoğlu |
Müddət | 17 dəqiqə |
Janr | Sənədli |
Yaş həddi | yoxdur |
Unudulmuş bir məktub sizi ailənizin heç vaxt dilə gətirməyə cəsarət etmədiyi həqiqətlərlə üz-üzə qoysaydı, nə edərdiniz? “Novruz alovu” filmində belə bir məktub Aygünü 30 il geriyə, Gəncə şəhərinə aparır. Olduqca şəxsi ailə hekayəsindən ilhamlanan rejissor Nihal, kamerasını öz doğmalarına çevirərək həssas anlarını lentə alır. Aygün — Nihalın anası — illər əvvəl yazılmış bir məktubu tapdıqda bacısı Könüllə birlikdə ataları ilə bağlı uzun müddət gizli qalmış həqiqəti öyrənir. Bu, elə anaları Səadət tərəfindən gizli saxlanılıb. Səadət Sovet İttifaqının dağılmasından sonra 90-cı illərin iqtisadi çətinlikləri səbəbilə qızlarını da götürərək daha yaxşı bir həyat ümidi ilə Türkiyəyə köçüb. Bu gediş onların arasında illərlə davam edən susqunluq və cavabsız suallar ortaya çıxarıb. İndi isə baharın və yenilənmənin simvolu olan Novruz bayramı fonunda bu üç qadın duyğusal və gərgin bir qarşılaşmada bir araya gəlir, ailə tarixçələrini yenidən nəzərdən keçirirlər.
