“SevilFest” 2023-cü ildə

“SevilFest” 2023-cü ildə

15-22 sentyabr, Bakı, Şəki, Lənkəran

Sloqan: Sizin regionda əlçatmazdır.

Festival artıq ənənəyə çevrilərək, 2023-cü ildə də Bakı, Şəki və Lənkəran şəhərlərində baş tutdu. IV “SevilFest“ “Sizin regionda əlçatmazdır” şüarı ilə çıxış etdi. Festival bu dəfə müxtəlif sahələrdə mövcud olan maneələri, məhdudiyyətləri və “əlçatmaz” kimi təqdim edilən anlayışları sorğulamaq məqsədi daşıyırdı. Zəngin proqram və nümayişə hazır filmlər vasitəsilə həm yerli, həm də qlobal tabuların üzərinə gedildi və ortaq yaralara nəzər salındı.

Nəticə olaraq, festival 2200 nəfəri bir araya gətirib, fərqli film nümayişlər, panel müzakirələr və master-klasslar təşkil etdi.

Festivalın “Ən yaxşı yerli qısametrajlı sənədli film” nominasiyasının qalibi, gənc animasiya rejissoru Nəzrin Ağamalıyevaya növbəti layihəsinin icrası üçün nəğd mükafat təqdim olundu.

2023-cü ildə “SevilFest”in yeni proqramı olan “DokAtelye” doğuldu. Festivalla paralel olaraq, Bakıda 5 gün davam edən bu interaktiv və nəzəri hissələrdən ibarət proqram çərçivəsində iştirakçılara sənədli film istehsalı, vizual hekayə quruculuğu və texniki biliklər təqdim edildi.

Vörkşopun sonunda iştirakçılar tərəfindən təqdim olunan layihələr arasında jüri tərəfindən seçilən qalib layihə  “SevilFest“ tərəfindən dəstəkləndi. Nəticədə gənc rejissor Aytac Bəkməmmədovanın “Məbəd qadın” adlı qısametrajlı sənədli filmi ərsəyə gəldi.

İlk dəfə bu, 18 yaşdan yuxarı, film sahəsinə marağı olan iştirakçılar üçün olsa da, daha sonra “DokAtelye” Gürcüstanda
“Fabula Culture Connection” layihəsi ilə əməkdaşlıqda “DokAtelye kids” – 12-15 yaşlı uşaqlar üçün vörkşop keçirildi.

 

Sevil Beynəlxalq Qadın Sənədli Filmlər Festivalı Azərbaycanda 2020-ci ildən fəaliyyət göstərən müstəqil sənədli film festivalıdır.

© 2025 Bütün hüquqlar qorunur.