Durna Səfərova

Durna Səfərova

Beynəlxalq əlaqələr üzrə menecer

Durna Səfərova “SevilFest”in beynəlxalq əlaqələrini koordinasiya edir və eyni zamanda “Festivallardan Seçmələr” (“Best of Fests”) adlı xüsusi proqramın kuratorudur.

Səfərova uzun müddətdir media və film sahəsində fəaliyyət göstərir. Tələbəlik illərindən jurnalist kimi fəaliyyətə başlayan Durnanın məqalə və araşdırmaları müxtəlif yerli və beynəlxalq mətbuat qurumlarında dərc olunub. O, sonradan fəaliyyət sahəsini film istehsalı, kinoprokat və film kurasiyası sahələrinə də genişləndirib, çoxsaylı qısametrajlı filmin ərsəyə gəlməsində iştirak edib və sənədli kino üzrə dünyanın aparıcı satış agentlikləri ilə əməkdaşlıq edib. Prodüseri olduğu filmlər Annecy, Ji.hlava, Visions du Réel və Sarayevo kimi nüfuzlu beynəlxalq festivallarda nümayiş olunub.

Durna Səfərova Çivininq təqaüdçüsü olaraq, London Universitet Kollecində Kino Tədqiqatları və İstanbul Bilgi Universitetində Kino və Televiziya üzrə magistr təhsili alıb. O, “Talents Sarajevo”, “Ji.hlava Academy” və “East-West Talent Lab” kimi nüfuzlu proqramların iştirakçısıdır.

Sevil Beynəlxalq Qadın Sənədli Filmlər Festivalı Azərbaycanda 2020-ci ildən fəaliyyət göstərən müstəqil sənədli film festivalıdır.

© 2025 Bütün hüquqlar qorunur.