Evim: teatr rejissoru və pedaqoq Aynur Zərrintac ilə ustad dərsi

💡 Masterklass cədvəli

📍 Lənkəran
🏛️ Osaküçə kəndi
📅 7 iyul 2025 – 🕐 18:00

Ustad dərsi çərçivəsində uşaqlar anaları ilə birgə öz evlərini düzəldib evin kiçik hekayəsini yaradıcı drama texnikası ilə səhnələdirəcəklər. Bu, valideyn-uşaq münasibətlərində tərəflərin incəsənət vasitəsilə qarşılıqlı iştirak məqsədi daşıyır. Ustad dərsini Ritual Teatr və Yaradıcılıq Laboratoriyasının təsisçisi, rejissor və pedaqoq, ADMİU-nun müəllimi Aynur Zərrintac aparacaq.  

Sevil Beynəlxalq Qadın Sənədli Filmlər Festivalı Azərbaycanda 2020-ci ildən fəaliyyət göstərən müstəqil sənədli film festivalıdır.

© 2025 Bütün hüquqlar qorunur.