Rada Şeşiç ilə masterklass. Real hadisələri yaradıcı şəkildə necə göstərməli?
💡 Masterklass cədvəli
📍 Bakı
🏛️ Landmark/CineClub
📅 8 iyul 2025 – 🕐 17:00
Bu ustad dərsində tanınmış kino xadimi və sənədli filmlər üzrə kurator Rada Şeşiç yaradıcı sənədli filmin hazırlanma prosesindən, gerçək həyatı təsirli kinoya çevirmək üçün vacib vasitə və yanaşmalardan danışacaq. Sarayevo Film Festivalının sənədli film proqramının tərtibatçısı olan Rada bu sessiyada həmçinin Azərbaycandan çıxan insan hekayələrinin necə beynəlxalq festivallara, o cümlədən Sarayevoya çata biləcəyini paylaşacaq.