Kino tarixinin görünməz qadınları Reyçel Pronqerin təqdimatında

💡 Masterklass cədvəli

📍 Bakı
🏛️ Landmark/Cineclub
📅 6 iyul 2025 – 🕐 15:00

 

Qadınlar kino sənayesinin bünövrəsinin formalaşmasında yaxından iştirak etsələr də, onların əməyi çox vaxt tanınmayıb və dəyəri yetərincə qiymətləndirilməyib. Kinoşünas və kurator Reyçel Pronqer bu təqdimatda az tanınan və yaddan çıx(arıl)mış qadın rejissorların kino tarixinə verdiyi töhfələri işıqlandıracaq. Eyni zamanda, hazırda daha çox qadın rejissor dünya ekranlarında yer alarkən, kino tarixinə feminist rakursdan yanaşmağın əhəmiyyəti müzakirə olunacaq. Reyçel Pronqer feminist “Invisible Women” (“Görünməz qadınlar”) kollektivinin həmtəsisçisidir. Bu kollektiv 2017-ci ildən etibarən qadın və marjinallaşdırılmış kimliklərə malik kino yaradıcılarını arxiv aktivizmi vasitəsilə tanıdır və yayımlayır. “Invisible Women” Böyük Britaniyada və xaricdə film proqramları, müzakirələr və seminarlar təşkil edərək alternativ kino tarixini gündəmə gətirir. Bu təqdimatda qadınların kino tarixindəki yerini birlikdə yenidən kəşf edək!

Sevil Beynəlxalq Qadın Sənədli Filmlər Festivalı Azərbaycanda 2020-ci ildən fəaliyyət göstərən müstəqil sənədli film festivalıdır.

© 2025 Bütün hüquqlar qorunur.