Ruhunu əlinə al və yola düş

Məlumat Ətraflı
Ölkə Fransa, Fələstin
Rejissor Sepide Farsi
Rollarda Fatimə Hassuna
Müddət 110 dəqiqə
Janr Sənədli
Yaş həddi yoxdur

 

🎬 Nümayiş cədvəli

📍 Bakı
🏛️ Landmark/CineClub
📅 12 iyul 2025 – 🕐 16:20

 “Ruhunu əlinə al və yola düş” filmi Qəzzada mühasirə altında yaşamağın nə demək olduğunu birbaşa və olduqca məhrəm bucaqdan təqdim edir. Film iranlı rejissor Sepide Farsi ilə gənc fələstinli fotojurnalist Fatma Hassona arasında 200 gündən artıq müddətdə “WhatsApp” üzərindən baş tutan videozənglər əsasında qurulub. Filmin Kann kinofestivalına seçilməsi xəbəri yayıldıqdan cəmi bir gün sonra Fatma İsrailin hava hücumu nəticəsində ailə üzvləri ilə birlikdə evində həyatını itirib. Dərin insani çalarlarla zəngin olan “Ruhunu əlinə al və yola düş” filmi bitib-tükənməyən müharibə dövründə bir nəslin gündəlik həyatını onların öz gözlərindən təqdim edir.

Sevil Beynəlxalq Qadın Sənədli Filmlər Festivalı Azərbaycanda 2020-ci ildən fəaliyyət göstərən müstəqil sənədli film festivalıdır.

© 2025 Bütün hüquqlar qorunur.