Məşuqəqovan

Məlumat Ətraflı
Ölkə ABŞ, Çin
Rejissor Elizabeth Lo
Rollarda Vanq Çenzi
Müddət 94 dəqiqə
Janr Sənədli
Yaş həddi yoxdur

 

🎬 Nümayiş cədvəli

📍 Bakı
🏛️ Landmark/CineClub
📅 11 iyul 2025 – 🕐 18:30

Çində xəyanətlə üzləşən cütlüklərin nikahlarını qorumağa çalışan yeni bir sənaye formalaşıb. Vanq Çenzi getdikcə populyarlaşan bu peşənin nümayəndələrindəndir. O, “məşuqəqovan” kimi tanınır və ailəni qorumaq naminə məşuqələri nəyin bahasına olursa olsun uzaqlaşdırmaq üçün sifarişlər qəbul edir. Adətən bağlı qapılar arxasındakı ailədaxili böhranlara nadir bir baxış təqdim edən bu film Vanqın ayrılmaq ərəfəsində olan bir cütlüyü uçurumun kənarından geri qaytarmaq cəhdini izləyir. Film müasir Çində gah ərin, gah arvadın, gah da məşuqənin perspektivini göstərməklə emosiyalar, praqmatiklik və ənənələrin toqquşmasından doğan romantik münasibətləri araşdırır.

Sevil Beynəlxalq Qadın Sənədli Filmlər Festivalı Azərbaycanda 2020-ci ildən fəaliyyət göstərən müstəqil sənədli film festivalıdır.

© 2025 Bütün hüquqlar qorunur.