Taliban hakimiyyətə gələndən sonra Vyanada fəaliyyət göstərən Əfqanıstan səfiri Manijə Baxtari qəribə vəziyyətlə üzləşib: o həm köhnə hökuməti qaçmış, həm də yeni hökuməti beynəlxalq aləm tərəfindən tanınmayan bir ölkəni təmsil edir. Maliyyə və inzibati böhranla üzləşməsinə baxmayaraq, Manijə Baxtari səfir kimi Talibana qarşı çıxaraq Əfqanıstan qadın və qızlarının hüquqları uğrunda mübarizə aparır. Özünün qurduğu “Qız uşaqları” layihəsi ilə o, Əfqanıstanda məktəbli qızların təhsil almasına gizli imkan yaradır, eyni zamanda səfir kimi Talibana qarşı siyasi müqavimət təşkil edir. Getdikcə çətinləşən vəziyyətdə Manijə əfqan qadınlarının ən tanınmış beynəlxalq təmsilçilərindən birinə çevrilir. O inanır ki, “sülh müharibənin olmaması deyil, ədalətin mövcudluğudur”.